Gülnarə Xəlilova podiuma bu dəfə model kimi çıxdı - fotolar

Gülnarə Xəlilova podiuma bu dəfə model kimi çıxdı -  fotolar
1707 dəfə oxunub
  • A-
  • A
  • A+
Modelyer, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın model qismində podiuma çıxması “İpək yolu” IV Avrasiya Beynəlxalq Geyim Festivalının ən maraqlı məqamlarından biri olub. 

Bu barədə xəbəri Axşam.az-a G.Xəlilovanın Azərbaycan Milli Geyim Mərkəzinin mətbuat xidmətindən deyiblər.

Modelyer məşhur özbək dizayneri Hafiz Xanın (Khafiz Khan) kolleksiyasının dəfiləsində iştirak edib.
 
G.Xəlilova bildirib ki, festivalda xüsusilə kolleksiyaların təqdimatında bir-birinə kömək edən və hətta dəfilədə iştirak edən dizaynerlər arasında möhtəşəm ab-hava var idi:

“Mən məşhur özbək dizayneri Hafiz Xanın dəfiləsi zamanı podiuma çıxdım ki, bu da zaldakı tamaşaçıların gurultulu alqışına səbəb oldu. Hətta Rusiyanın tanınmış dizayneri, bakılı Raf Sərdarov dəfilədən sonra mənə dedi: “Bəli, sən əsl aktrisasan!”. Mənə çox xoş idi (gülür)”.

Xatırladaq ki, G.Xəlilovanın “Bakı-2015” I Avropa Oyunlarına həsr edilmiş Azərbaycanın milli geyimlərindən ibarət kolleksiyası nüfuzlu "Master Exibition & Performance Award" mükafatına layiq görülüb.

Urumçi şəhərində (Çin) keçirilmiş festivalda Çin, Rusiya, Özbəkistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və digər ölkələrdən olan dizaynerlər iştirak ediblər.