Qatıldığı qala gecələri və qonaqlıqlarda hər zaman sinə dekolteli libaslara üstünlük verən meksikalı aktrisa Salma Hayek bu dəfə də ənənəsinə sadiq qalıb.
Axşam.az “Dailymaily”ə istinadən xəbər verir ki, 48 yaşlı aktrisa Toronto Beynəlxalq Kinofestivalında obyektivlərə tuş gəlib. Salma baş rolda çəkildiyi “September of Shiras” filminin təqdimatında iştirak edib. Qırmızı libas geyinən Hayek bu dəfə də sinə dekoltesinə üstünlük verib.
Aktrisa qırmızı xalıda tərəf müqabili Adrien Brodi ilə də şəkillər çəkdirib.