Müğənni-aparıcı Vüsalə Rəcova yeni mövsümdə ATV-də veriliş aparacaq.
Axşam.az-ın məlumatına görə, hər həftənin şənbə günü səhər saat 10:00-da yayımlanacaq proqram “Aləm oyansın” adlanır.
1,5 saat davam edəcək verilişdə sənətçi qonaqlar canlı ifalar nümayiş etdirəcəklər.
V.Rəcova əyləncəli səhər şousunun həftə sonu tamaşaçılara yüksək əhval-ruhiyyə bəxş edəcəyinə inandığını bildirib.
"Aləm oyansın"ın ilk buraxılışı sentyabrın 19-da efirə gedəcək.
Qeyd edək ki, V.Rəcova bundan əvvəl "Lider" telekanalında aparıcılıq edirdi.