Muraddan yeni mövsüm üçün fotosessiya

Muraddan yeni mövsüm üçün  fotosessiya
1787 dəfə oxunub
  • A-
  • A
  • A+

ANS telekanalının aparıcısı Murad Əzimzadə yeni mövsümün hazırlıqlarını tamamlayıb.

Axşam.az-a açıqlama verən aparıcı bildirib ki, sabahdan etibarən “Xəbərsizsiniz” verilişi ilə fəaliyyətinə davam edəcək:

“Yeni mövsümdə ilk buraxılış olacaq. Gündəmdə olan sosial problemləri müzakirəyə çıxaracağıq. Azərbaycanda buna bənzər veriliş yoxdur. İlk dəfə canlı efirdə sosial problemləri biz müzakirə edirik”.

M.Əzimzadənin sözlərinə görə,  yeni mövsüm üçün fotosessiya da etdirib:

“Ümumiyyətlə, hamı dəb-dəbəli, lüks, mənzərəli yerlərdə fotosessiya etdirir. Düşündüm ki, mən də xarabaxana olan bir məkanda şəkillər çəkdirim. Yaxşı bir işin ərsəyə gəldiyinə inanıram. Şəkilləri verilişimin operatoru İlkin Məmmədov çəkib. Fotosessiyanın ideyası da elə ona məxsusdur”.

Qeyd edək ki, M.Əzimzadə ANS-ə qədər “Lider” telekanalında çalışıb. O, həmçinin “Ağıl dəryası” verilişinin aparıcısıdır.