Müğənni Beyons ailəsi ilə birgə İtaliya səyahətindən sonra bu dəfə Monakoya gedib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatıan görə, ifaçı, həyat yoldaşı Cey Zi və qızı Blu Ayvi ilə Monako küçələrində görüntülənib.
Beyons sinəsi açıq geyim, qeyri-adi pencək və şortla diqqəti üzərinə çəkib. Müğənni və həyat yoldaşı 3 yaşlı qızlarını əyləndirmək üçün onun bütün dediklərini ediblər.