Müğənni Xəyyam Nisanov yeni mahnısını təqdim edib.
Axşam.az-ın məlumatına görə, bu dəfə o, məşhur yunan mahnısının sözlərini rus dilinə tərcümə edərək səsləndirib. Xəyyam mahnı təklifinin ona Murad Arifdən gəldiyini bildirib:
"Bu mahnını mənə musiqi prodüserim Murad Arif təklif etdi. Mahnıda hit olmaq üçün hər bir imkan var. İlk dinləyənlər dərhal rəqs etmək istədilər. Əminəm ki, tamaşaçılarım eyni hissləri yaşayacaqlar”.
Müğənni ritmik bəstələri sevdiyini bildirib:
“Şən mahnıları sevirəm. Xarakter eribari ilə kədərlənməyi xoşlamıram. Qoy insanlar daim sevinsin, şənlənsin, yaxşı yaşasın və belə mahnılar dinləsinlər. Sözləri Nərmin Raufqızının, musiqisi Kiriakos Papodopulosun, aranjimanı Nadir Nağdpulun, masterinq isə Oleq Naumovundur”.
X.Nisanov mahnınını gələcəkdə ekranlaşdıracağını söyləyib:
“Çox güman ki, mahnıya klip də çəkiləcək. Amma açığını söyləyim, Türkiyə və Rusiya rejissorları ilə işlədikdən sonra, artıq bizim yerli klipmeykerlərimizlə çalışmaq həvəsim yoxdur. Sırf bu mahnı ilə əlaqədar olaraq, fotoqraf Sarvan Qadirovla fotosessiya da etdik".