Prezidentin Kürdəmir səfərindən fotolar

Prezidentin Kürdəmir səfərindən fotolar
1562 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Kürdəmir rayonuna səfərə gedib.

Axşam.az-ın məlumatına görə, dövlət başçısı əvvəlcə rayon mərkəzində Heydər Əliyev adına parkda Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Prezident İlham Əliyev Kürdəmir şəhərində Bayraq Meydanının açılışında da olub, rəmzi açılışı bildirən lenti kəsib.

Daha sonra Prezident Kürdəmirdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 100 yerlik körpələr evi-uşaq bağçasının, Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının inzibati binasının, Möhübbət Əzimov adına Atakişili kənd tam orta məktəbinin binasının açılışlarında iştirak edib.