Prezident İlham Əliyev Ağsu şəhərində səfərdə olub.
Axşam.az-ın məlumatına görə, dövlət başçısı əvvəlcə rayon mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Ölkə başçısı yenidənqurma işlərindən sonra Ağsu Şahmat Məktəbinin açılışında iştirak edib.
İ.Əliyev daha sonra Ağsuya içməli suyun verilməsi mərasiminə qatılıb.
Ölkə başçısı Ağsu rayonuna səfəri çərçivəsində İdman Kompleksinin açılışında iştirak edib.
İlham Əliyev Ağsuya səfəri çərçivəsində Yeni Azərbaycan Partiyasının rayon təşkilatının yeni inzibati binasının açılışına da qatılıb.