El Salvadorun paytaxtı San Salvadorda dünyanın ən təhlükəli həbsxanası yerləşir.
Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, həbsxanada qalan narkobaronlar oranı öz qanunlarına uyğun idarə edirlər.
Buradakı 2500 insan öz qaydaları ilə yaşayırlar. Hətta cəzaevinin gözətçiləri də onlardan qorxurlar. Onlar etdikləri hər bir cinayəti əbədiləşdirmək üçün qurbanlarının adlarını bədənlərinə döydürürlər. "Mara Salvatruça" adı ilə birləşən məhkum baronlar yer qıtlığına görə 20 nəfərlik hücrədə 70-i birdən qalır.
Amerikanın ən təhlükəli cəzaçəkmə müəssisəsi olan “Penas Ciudad Barrios” çox etibarlı texniki vasitələrə sahibdir. Amma həbsxana müdirləri belə baronlara qarşı gələ bilmirlər.