Aktrisa Meqan Foks uzun müddətdir ki, İnstaqram paylaşımı etmirdi.
Axşam.az-ın xarici KİV-ə istinadən məumatına görə, məşhur aktrisa dünən öz qayıdışını ağ-qara selfi ilə qeyd edərək 2 milyondan çox təqibçisini salamlayıb.
M.Foks həyat yoldaşı Brayan Ostin Qrinlə boşanma xəbərləri çıxdığından bəri suallardan yayınmaq üçün sosial şəbəkədən də uzaq durmuşdu.
Qeyd edək ki, o, o sonuncu dəfə yaz aylarında əlində rəngli yumurta olan fotolarını İnstaqramda izləyiciləri ilə bölüşmüşdü.