Aktyor Kıvanç Tatlıtuğ və sevgilisi Başak Dizer restoranda görüntülənib.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, cütlük yemək yeyərkən məkanın mühafizəçiləri fotoqraflara yaxınlaşaraq "xahiş edirik, foto çəkməyin. Yoxsa, Kıvanç bəy bir daha buraya gəlməyəcək" deyiblər.
Tatlıtuğ və Dizer media nümayəndələrinin restoranın qarşısından getməyəcəyini anlayınca yeməyin ardından əl-ələ tutaraq çölə çıxıblar.
Qeyd edək ki, Kıvanç bir müddət idi ki, B.Dizerlə görünmədiyi üçün onların ayrıldığı deyilirdi.