Aparıcı-müğənni Vüsalə Rəcovanın "Aləm oyansın" adlı verilişinin ilk buraxılışı yayımlanıb.
Axşam.az-ın məlumatına görə, ATV-də efirə gedən proqramın ilk qonaqları xalq artisti Mənsum İbrahimov, Aygün Bayramova, əməkdar artistlər Elçin Həşimov və Elnur Əhmədov, karate üzrə Avropa və Dünya çempionu, Avropa Oyunlarının qalibi Ayxan Mamayev olub.
Canlı ifalar, rəqs nömrələri ilə zəngin olan "Aləm oyansın"ın ilk efirində sürprizlər də olub. Pərəstişkarları V.Rəcovaya gül dəstələri və verlişin adını əks etdirən tort gətiriblər.
Qeyd edək ki, "Aləm oyansın" hər həftənin şənbə günü efirə gedəcək.