Aktyorlarımız "Artmiqrasiya 2015" forumunda - fotolar

Aktyorlarımız "Artmiqrasiya 2015" forumunda -  fotolar
675 dəfə oxunub
  • A-
  • A
  • A+

Gənc Tamaşaçılar Teatrının gənc və istedadlı aktyorları Günel Məmmədova və Eşqin Quliyev Moskvada keçirilmiş "Artmiqrasiya 2015" III Ümumrusiya gənclərinin teatr forumunda iştirak ediblər.

Teatrın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, Rusiya Teatr Xadimləri İttifaqı tərəfindən təşkil olunmuş festival – foruma Rusiyanın müxtəlif şəhərlərindən qatılmaq üçün 70-dən artıq ərizə qəbul olsa da, ekspertlər forum proqramına yalnız 5 tamaşanın nümayişini daxil ediblər. Kventin Tarantinonun ssenarisi əsasında hazırlanmış "Beşenıe psı", Vasili Siqarevin "Qupeşka", Saşa Sokolovun "Şkola dlya durakov", Karl Qotsinin "Boron" və Venedikt Erofeyevin "Moskva-petyşki" tamaşaları forum çərçivəsində gənc teatr mütəxəssislərinə nümayiş etdirilib.

Forum zamanı göstərilən hər tamaşadan sonra Rusiyanın müxtəlif şəhərlərindən olan peşəkar teatr tənqidçiləri səhnə əsərləri barədə geniş müzakirələr aparıblar. Forum çərçivəsində gənc aktyorlara aktyor, rejissor, pedaqoq və professor Qitis Padeqimas (Litva) tərəfindən ustad dərsləri keçirib, bundan başqa gənc aktyorlar "Remote Moscow" adlı layihədə iştirak ediblər. Yeni formatda olan layihə özündə tamaşa, ekskursiya, musiqi və kompyuter oyunlarını birləşdirib. Daha sonra iştirakçılar sözügedən layihənin yaradıcıları ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Sonda bütün mərasim iştirakçılarına Aleksandr Başlaçevin parlaq həyatından bəhs edən "Saşbaş-Sverdlovsk –Leninqrad i nazad" adlı tamaşa göstərilib. Festival – forum yaradıcı gəncləri stimullaşdırmaq, onlar arasında yaradıcılıq əlaqələri qurmaq və müştərək layihələrdə iştiraklarını təmin etmək məqsədi daşıyır.