“Qərib məzarlar” filminin yeni fotoları

“Qərib məzarlar” filminin yeni  fotoları
835 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı Media Mərkəzi “Qərib məzarlar” adlı layihə üzərində işləyir.

Axşam.az-ın məlumatına görə, çəkilişləri aparılan layihə ilə bağlı fotolar sosial şəbəkədə yayılıb. 

Ekran işi Əlimərdan bəy Topçubaşovun başçılığı ilə 1919-cu ilin yanvarında Paris sülh konfransına göndərilmiş nümayəndə heyətinin qəribə taleyinə həsr olunub.

Paris, Moskva, Peterburq və Tbilisi arxivlərində saxlanılan sənədlər əsasında hazırlanan filmin məqsədi əbədi ezamiyyət əzabı yaşayan soydaşlarımızın Azərbaycanın müstəqilliyi naminə yerinə yetirdikləri tarixi missiyanın əhəmiyyətini göstərməkdir.

Bundan başqa layihə çərçivəsində nümayəndə heyətinin üzvləri, eləcə də bu və ya digər səbəblər üzündən Fransada mühacir həyatı yaşamağa məhkum olunmuş digər soydaşlarımız haqqında kitab-albom nəşr etmək də planlaşdırılır.