Prezident açılışda - fotolar

Prezident açılışda -  fotolar
1226 dəfə oxunub
  • A-
  • A
  • A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzinin əsaslı yenidənqurmadan sonra açılışı olub.

Axşam.az-ın məlumatına görə, prezident İlham Əliyev mərasimdə iştirak edib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.

Prezident mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin sağlamlıq imkanları məhdud olan insanlara qayğısı, onlar ilə keçirdikləri görüşləri əks etdirən fotolardan ibarət guşə yaradılıb. (AzərTac)