Əri xəyanət edən aktrisa danışmadı - fotolar

Əri xəyanət edən aktrisa danışmadı - fotolar
4489 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa-model həyat yoldaşı Nefisə Karataya Esra-Ceyda Ərsoy bacıları ilə xəyanət edən iş adamı Yusuf Day bu dəfə Bodruma istirahətə ailəsi ilə yollanıb.

Axşam.az-ın “Hürriyet”ə istinadən məlumatına görə, kefsiz görünən Nefisə jurnalistlərin heç bir sualını cavablandırmayıb. Yeni doğulan qızı Mayanı səbətdə daşıyan Yusufun da əhvalının xoş olmadığı diqqətdən qaçmayıb. Cütlük qızlarının üzünü göstərməyib.

Xatırladaq ki, Yusuf Day Bodrum istirahəti zamanı yaxtada Türkiyənin adı bir çox qalmaqalda hallanan məşhur əkiz bacıları Esra-Ceyda Ərsoyla səmimi şəkildə görüntülənmiş, lakin daha sonra bunun ona qarşı qurulmuş tələ olduğunu demişdi.