Prezident və xanımı "Xəyal adası"nda - fotolar

Prezident və xanımı "Xəyal adası"nda -  fotolar
8421 dəfə oxunub
  • A-
  • A
  • A+

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Azərsun Holdinq” Şirkətlər Qrupunun “Xəyal Adası” layihəsi çərçivəsində SABIS Sun Beynəlxalq məktəb kompleksinin və Qolf klubunun açılışında iştirak ediblər.

Axşam.az-ın məlumatına görə, İlham Əliyev SABIS Sun Beynəlxalq məktəb kompleksinin rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kompleksin uşaq bağçasında yaradılan şəraitlə də maraqlanıblar. Binanın foyesində ulu öndər Heydər Əliyevin müxtəlif illərdə uşaqlarla bağlı keçirilən tədbirlərdə iştirakını əks etdirən fotostend yaradılıb.

Sonra dövlətimizin başçısı və xanımı SABIS Sun Beynəlxalq məktəbində yaradılan şəraitlə tanış olub.

Dövlət başçısı təhsil kompleksinin müəllim və şagirdləri üçün nəzərdə tutulan xüsusi nəqliyyat vasitələrinə də baxıb.

Sonra dövlət başçısı və xanımı “Xəyal Adası”nın Qolf klubuna gəliblər.

Heydər Əliyev Beynəlxalq Aeroportuna gedən yolun üzərində yerləşən “Xəyal Adası”nın ərazisi 330 hektardır.

Qolf klubunun binasında İlham Əliyev bu idman növündə oynamağa gələn xarici ölkələrin nümayəndələri ilə görüşüb.

Daha sonra prezident Qolf klubunun dünyanın müxtəlif ölkələrindən olan üzvləri ilə və Qolf Akademiyasında təhsil alanlarla görüşüb. Dövlət başçısı və qolf üzrə üç dəfə Major kubokun sahibi Kolin Montqomerie qolf meydançasının rəmzi açılışını bildirən lenti kəsiblər.

Sonra Kolin Montqomerie Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim edib.

Daha sonra xatirə şəkli çəkdirilib.

Prezident İlham Əliyev layihə çərçivəsində inşa edilən villada yaradılan şəraitlə də maraqlanıb. İlham Əliyev tikinti işlərinin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq tapşırıq və tövsiyələrini verib.