Azər Axşamdan ATV-yə keçməsi ilə bağlı açıqlama

Azər Axşamdan ATV-yə keçməsi ilə bağlı  açıqlama
3692 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Azər Axşam ATV telekanalında işə başlaması ilə bağlı xəbərlərə münasibət bildirib.

Axşam.az-ın əməkdaşı ilə söhbətində şoumen məlumatları təsdiqləyib:

“Xəzər” telekanalı ilə müqaviləmiz bitdi, yollarımızı ayırdıq. Oradakı verilişlərimin də yayımı dayandı. İndi ATV-də çalışıram. Yeni layihə hazırlayırıq. Əyləncə xarakterli bir proqram olacaq. Tam mövzusunu dəqiqləşdirməmişik. Efiə çıxacağım tarix də bəlli deyil”.

Qeyd edək ki, A.Axşam “Xəzər” telekanalında “Qaraoki” verilişini aparırdı. O, eyni zamanda ATV-də yayımlanan "Qız atası” serialında çəkilir.