Fransanın Kann şəhərində "Mipcom" festivalının builki şərəf qonağı Türkiyə olacaq.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, "Möhtəşəm yüz il: Kösəm Sultan" serialının təqdimatı da baş tutacaq.
Festivalın aparıcılığını da aktyor Halit Ergenç və aktrisa Tuba Büyüküstün edəcək. "Kösəm Sultan"ın 35 dəqiqəlik təqdimatı ilə Kannda ilk dəfə türk serialının kütləvi nümayişi baş tutacaq.