"Elmler Akademiyası"nın yeni çıxışının fotoları

"Elmler Akademiyası"nın yeni çıxışının fotoları
1177 dəfə oxunub
  • A-
  • A
  • A+

“Elmlər Akademiyası" metro stansiyasının yeni tikilən çıxışları oktyabrın sonunadək hazır olacaq.
 
Axşam.az xəbər verir ki, bunu Trend-ə ərazidə işləyən fəhlələr deyib.

İşçilərin sözlərinə görə, artıq əsas işlər görülüb:
 
"Hazırda çıxışın ətrafındakı yerlərə tametlər vurulur. Eskalatorlar hazırdır. Bütün infrastruktur işləri yekunlaşıb. İndi kosmetik işləri görürük. Yəqin ki, bu ayın sonuna işlər yekunlaşacaq. Çıxışlar noyabrın 1-də istifadəyə verilməlidir”.

Qeyd edək ki, stansiyada dörd əlavə çıxış inşa olunur. Çıxışlardan biri Bakı Dövlət Universitetinin qarşısında (Z.Xəlilov küç), ikincisi Mətbuat prospektində, digər ikisi isə Elmlər Akademiyasının Kitabxanasının yaxınlığında olacaq.