Bəstəkar Tərlan Məmmədhüseynov “Səs” kompozisiyasına çəkilmiş qısametrajlı filmini media əhlinə təqdim edib.
Axşam.az-ın məlumatına görə, ekran işinin çəkilişləri Şəkidə və Bakıda aparılıb. Klipdə hadisələr 1941-1945-ci illəri əhatə edir.
Prodüserliyini aktyor Elşən Orucovun etdiyi “Səs”də Kəmalə Piriyeva və Elçin Qasımov rol alıb.
T.Məmmədhüseynov əsəri 3 il bundan əvvəl yazdığını bildirib:
“Klipin ssenari müəllifi və rejissoru Elvin Əhmədoğludur. Mən isə burada yazıçı obrazını canlandırmışam. Bu kompozisiyanın davamı var. Yaxın gələcəkdə “Səs 2”də təqdim olunacaq”.
T.Məmmədhüsenovu təbrik etməyə gələnlər arasında sənət aləminin tanınmış simaları, aparıcılar da yer alıb.
Xalq artisti Aygün Kazımova klipi çox bəyəndiyini bildirib:
“Səs”i ilk izləyənlərdənəm. Klipə baxanda çox kədərləndim”.