İzzətdən iddia: "Tam fərqli bir şey olacaq"

İzzətdən iddia: "Tam fərqli bir şey olacaq"
1119 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni İzzət Bağırzadə “Yaradanım” adlı mahnısına klip çəkdirir.

Axşam.az-ın məlumatına görə, sözləri Elşən Xəzərə, musiqisi Hacı Nazimə məxsus olan mahnının ekran həllinin ssenarisi ifaçının özünə aiddir. Klipdə Hacı Nazim də rol alacaq.

İ.Bağırzadə qeyri-adi bir ekran işi ərsəyə gətirəcəyini iddia edib:

“Klip çəkilişimiz artıq başladı. İnşallah uğurlu olacaq. Klip bir neçə məkanda çəkiləcək. Şamaxı rayonunda çəkilişlərimiz olacaq. Süjet xətti özümə aiddir. İlk çəkilişlər İçərişəhərdə cümə məscidində aparıldı. Bu klipi Allaha xatir çəkirik. Onu bütün mömin bacı və qardaşlarımıza hədiyyə edirəm. Ekran işində əziyyəti keçən bütün yaradıcı heyətə təşəkkürlər. Tam fərqli bir mövzu, fərqli bir İzzət görəcəksiniz”.