ATV-nin aparıcısı İlkin Həsəni yeni çəkdikləri “Axırıncı yol” filmi ilə bağlı açıqlama verib.
Axşam.az-aın əməkdaşı ilə söhbətində o, ekran işinin çəkilişlərinin yekunlaşmaq üzrə olduğunu bildirib:
“Filmin çəkilişi bitir, cəmi bir günümüz qalıb. 50 gündür yollardayıq. Azərbycanın hələ heç kimin ayaq basmadığı yerləri biz kəşf etdik. Azərbaycanın ən uğurlu, gülməli, maraqlı, macəra komediyası gəlir. Hadisələr hansısa bir yerdə yox, yolda baş verir. Orada “Bozbash pictures”in 6 aktyoru da rol alır. Obraz olaraq qalıb, amma tam fərqli xasiyyətdədir. Tamaşaçı onları görəndə şok olacaq. Birinci işimizdən (“Ay Brilliant” – red.) tam fərqlənir. Biz tamaşaçılarla birlikdə filmə baxanda gördük ki, nəyə gülürlər. Ssenaristlərə hər şeyi tapşırmışıq. Ona görə də ikinci işimizdə çalışdıq ki, mənfilər olmasın. Düzdür nəsə çatışmazlıqlar var. Amma get-gedə səhvlərimizi düzəldib, nəticədə Türkiyə ,Rusiya səviyyəsində işlər ərsəyə gətirəcəyik”.
İ.Həsəni ekran işinin 2016-cı ildə təqdim olunacağını bildirib:
“Təqdimat 2016-cı ilin ilk aylarında olacaq. Rənglənmə işi Türkiyədə ediləcək. Ən baxımlı filmlərin rənglənməsi ilə məşğul olan şirkətə həvalə etmişik. Ekran işində əməkdar, xalq artistlərimiz də var”.
Aparıcı-aktyor filmlərin büdcəsindən də danışıb:
“Komediya çəkilişi asan, büdcəsi az olan janrdır deyə, hamı o sahəyə yönəlib. Tamaşaçısı da çox olur. Biz də xarici filmlərdəki kimi avtomobil partlada, ev yandıra bilərik. Buna da yüksək büdcə lazımdır. Rejissorlarımızın buna qabiliyyəti çatır. Xarixcdə bir filmin büdcəsi 20-30-40 milyondur. Bizdə isə bundan qat-qat az olur”.
Qeyd edək ki, ATV telekanalının və "İLK media"nın istehsalı olan “Axırıncı yol” filmində “Bozbas pictures”in aktyorları Fəlakət – Elşən Orucov, Şöşü – Ramil Babayev, Ağsaqqal – Azər Baxşəliyev, Şəmi – İlkin Həsəni, Şirin – Nicat Rəhimov, Qılman – İlkin Miskərli rol alıb.