Azərbaycanda gəlini "KamAZ"la gətirdilər - video

Azərbaycanda gəlini "KamAZ"la gətirdilər - video
4192 dəfə oxunub
  • A-
  • A
  • A+
Lənkəranda çoxlarının təəccübünə səbəb olan maraqlı hadisə baş verib.

Axşam.az-ın lent.az-a istinadən məlumatına görə, rayonun Şirinsu kənd sakini, 26 yaşlı  Ramil Əkbərovun  sevib-bəyəndiyi qız - Yardımlı rayonunun Köryədi kənd sakini, 18 yaşlı Səkinə Məmiyeva “KamAZ” markalı yük maşının kabinəsində oğlan evinə gəlin gətirilib.  Bər-bəzəkli, bahalı minik avtomobillərini bu dəfə 14 “KamAZ” markalı yük maşını əvəz edib.
 
Ramilin dostlarının idarə etdikləri bu nəqliyyat vasitələri çox rahatlıqla dolanbac dağ yollarını aşaraq sağ-salamat mənzil başına çatıblar. Gəlinin əyləşdiyi maşını isə bəy özü idarə edib.
 
Təqribən 100 kilometrlik məsafəni qət edən bu qeyri-adi toy karvanı insanlarda böyük marağa səbəb olub.