Məşhur cütlüyün qızının toyundan ilk fotolar

Məşhur cütlüyün qızının toyundan ilk fotolar
4715 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Tom Kruz və keçmiş həyat yoldaşı Nikol Kidmanın övladlığa götürdüklərı İzabella Kruzun toyundan fotolar yayılıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, gəlin və bəy T.Kruzun da üzvü olduğu "Scientology" təriqətinin qaydalarına uyğun evləniblər. Ona görə də toya cütlüyün valideynləri qatılmayıb. Mərasimin bütün xərcinin Tom Kruzun çəkdiyi deyilir.

Qeyd edək ki, T.Kruz və N.Kidman 1990-2001-ci illər arasında evli olublar. Biloji uşaqları olmayan cütlük 1992-ci ildə İzabel, 1995-ci ildə Konnor adlı iki övlad götürüblər. cütlüyün boşanmasından sonra uşaqlar ataları ilə qalıblar. Kidman isə övladları ilə maraqlanmadığı üçün hər zaman tənqid olunub. Daha sonra Keis Urbanla ailə quran Nikolub iki qızı doğuldu, Tomun altrisa Keti Holmsla evliliyindən də bir qızı doğulub. Lakin Nikol xoşbəxt həyat tərzini davam etdirsə də, Tom və Keti boşanıblar.