ATV-nin aparıcısı Kəmalə Piriyeva tədbirlərin birində fotokameramız qarşısına keçərək şəkillər çəkdirib.
Axşam.az-a açıqlama verən aparıcı bu yaxınlarda efirə gedən yeni verilişi “Qaçhaqaç”dan da bəhs edib:
“İlk efirimiz yayımlandı. Sosial şəbəkədə bir dənədə olsun "bəyənmədim" yazan olmadı. Hamının xoşuna gəldi. Quraşdırma heç nə yox idi. Hər şey real oldu. Burada müğənnilərin tanınmayan tərəflərini açıb göstəririk. Bəziləri gəlib deyir ki, biz bu tapşırığı edə bilmərik. Amma başa salıram ki, siz müğənnisiniz, kompleksləriniz olmamalıdır. Tamaşaçı ilə səmimi ünsiyyət qurmalısınız. Biz saxtakarlığa yol vermirik. Ediləndə isə açıb göstəririk ki, növbəti qonaq belə addım atmaqdan çəkinsin”.