Müğənni Castin Biber növbəti dəfə Bora-Bora adasındakı səyahəti ilə gündəmə düşüb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 21 yaşlı ulduz bundan əvvəl çılpaq fotosu və sevgilisi, model Ceyd Pirslə qalmaqal yaratmışdı.
Bu dəfə də Bora-Borada olan müğənni istirahətdən fotolar paylaşıb. C.Pirs də eyni məkanda olduğunu göstərən şəkillərini izləyicilərlə bölüşüb. Müğənninin fanatları Castini Ceydlə sevgili olduğu üçün qınayırlar. Onlar gənc modelin kök olmasını bəhanə gətirirlər.