Bəstəkar Sevinc Tofiqqızı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinə yollanıb.
Axşam.az-ın məlumatına görə, bəstəkar oranın sakinləri ilə görüşüb.
S.Tofiqızı ilə bərabər tədbirdə Baki Dövlət Universitetinin müəllimi, şairə-publisist İradə Əlili, "Dövlət və Qanun" qəzetinin baş redaktoru Yasəmən Möhübbətqızı, Qlobal Dunya ve Muasir Azerbaycan İB-nin təsisçisi Səbinə Babayeva da yer alıb.
Görüşdə gənclər S.Tofiqqızının yaradıcılığı ilə yaxından tanış olublar. Bəstəkarın Ulu öndərin əziz xatirəsinə həsr olunmuş "Ulu öndərim-Xatirələr" kompazisiyası və qısametrajlı "Yetim" filmi izlənilib. Gənclərə bəstəkarın "Xəyallar qanadında" ,"Ümid körpüləri" adlı musiqisi təqdim olunub.