"YouTube" video şəbəkəsində "CaptainSparklez" adıyla ulduz olan gənc oğlan Holivvuda ev alıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 23 yaşlı Cordan Maron bu evə 4 milyon yarım dollar verib.
Malikanənin qonşuluğunda "Minecraft" oyununun yaradıcısı Markus Persson yaşayır. O isə bu ərazidə evi keçən ilin sonunda 70 milyon dollara alıb.