Avstriyalı müğənni Konçita keçən il "Eurovision"un qalibi olduqdan sonra dünya mediasının gündəmində uzun müddət qaldı.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, geyimi və tərzi ilə seçilən müğənninin yeni rəqibi tapılıb. Böyük Britaniyanın "X Factor" yarışmasına qatılan 24 yaşlı oğlan Şon Mayli Mura da qadın geyimi və makiyajı ilə səhnəyə çıxıb.
"Show must go on" mahnısı ilə seçimlərə qatılan Şon Mayli münsifləri və tamaşaçıları ifası ilə heyran edib. O, hazırda yarışmada yoluna davam edir.
Əslən avstraliyalı olan gənc oğlan Londonda yaşayır. Ş.Mayli İnstaqram səhifəsində də çox aktivdir. Şon həyatında musiqi və modanın böyük yeri olduğunu deyib.