"Qatil" filminin təqdimatı oldu - fotolar+video

"Qatil" filminin təqdimatı oldu - fotolar+video
886 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq Yazıçısı Elçin Əfəndiyevin "Qatil" pyesi əsasında çəkilmiş eyniadlı filmin təqdimatı baş tutub.

Nizami Kino Mərkəzində keçirilən təqdimat mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ekranlaşdırılan film C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Finlandiyanın “Black and White Studio”, Gürcüstanın “Studio 33A” və “Vars Studio” şirkətlərinin iştirakı ilə çəkilib.

Filmin ssenari müəllifi Xalq Yazıçısı Elçin Əfəndiyev, rejissoru Kamran Şahmərdan, quruluşçu operatoru Mixail Maqalaşvili, quruluşçu rəssamı Rəşad Mehdiyev, icraçı prodüserləri Azər Quliyev və Katri Zətt, prodüseri Müşfiq Hətəmovdur. Baş rolları gürcü aktyorları Eka Çxeidze və Apollon Kublaşvili canlandırıblar.

Premyeradan əvvəl jurnalistlərə müsahibə verən yazıçı pyesi 10-12 il əvvəl yazdığını bildirib. “Pyes ilk dəfə istedadlı rejissor Mehriban Ələkbərzadə tərəfindən Azərbaycan Dövlət Akademik Milli Dram teatrında səhnəyə qoyulub. Sonradan Moskva, Sankt-Peterburq, London, İstanbul və digər şəhərlərdə səhnələşdirilib. İstedadlı həmvətənimiz, Finlandiyada yaşayan rejissor Kamran Şahmərdanın “Qatil” pyesini ekranlaşdırmaq təklifini müsbət qarşıladım. Açığını deyim ki, mən bədii əsərlərin ekranlaşdırılmasının tərəfdarı deyiləm. Çünki kinossenari orijinal olmalıdır. Lakin Kamran məni inandırdı və bu ssenarini yazdım”, - deyə ssenari müəllifi bildirib.

Azərtac