"Ay Yapım" şirkəti ilə müqaviləsi davam edən aktyor Çağatay Ulusoydan yeni xəbər var.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, o, növbəti mövsümdə yeni serialla ekranlara dönəcək. Hazırda təhsili üçün ABŞ-da olan Ulusoyun serialının adı, tərəf müqabili bəlli deyil.
Bu yaxınlarda isə aktyorun Leyla Lidia Tuğutla baş rollarda çəkildiyi "Delibal" filmi təqdim olunacaq.