Azərbaycan filmi beynəlxalq festivalda - fotolar

Azərbaycan filmi beynəlxalq festivalda -  fotolar
605 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor və rejissor Kamran Ağabalayev Xocalı faciəsindən bəhs edən “25-23:55” adlı film çəkib.

Axşam.az-ın məlumatına görə, filmin ssenari müəllifi "Soyqırım Həqiqətlərinin Tanıdılması" İctimai Birliyinin sədri Ceyhun Ələkbərov, quruluşçu operatoru Vüsal Nazim oğlu, bəstəkarı isə İslam Şirvanidir.

Xocalı soyqırımı haqqında həqiqətlərin ictimaiyyətə çatdırılmasında mühüm rol oynayacaq bu filmdə aktyorların ifasına yer verilməyib. Xocalı hadisələrinin canlı şahidlərindən olan Ceyhun Ələkbərov ekran əsəri haqqında bunları deyib:

"Mən bu faciəni Avropa tamaşaçısına çatdırmaq üçün daha çox simvollara müraciət etmişəm və ümidvaram ki, Avropa tamaşaçısı bu simvolların dərinliyini anlayacaq".

Rejissor Kamran Ağabalayevin sözlərinə görə, film artıq bir neçə festivala dəvət alıb:

"Ekran işi hazırda 14 beynəlxalq festivalda iştirak edəcəyi müəyyənləşib. Ssenari orijinal olduğu üçün inanıram ki, "25-23:55" Azərbaycan kinomatoqrafiyasında öz layiqli yerini tutacaq".

Qeyd edək ki, "25-23:55" oktyabr ayının sonlarından başlayaraq Hindistanın Dehli, noyabr aylarında isə Almaniyanın Helzenkirxen və İspaniyanın Bilbao şəhərlərində keçiriləcək festivallarda iştirak edəcək. (buro247.az)