“Kardeşim Benim” filminin baş rol qəhrəmanları filmin mətbuat konfrasına qeyri-adi tərzdə gəliblər.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Burak Özçivit, Aslı Enver, Murad Boz tədbirə 1970-ci ilin klassik avtomobili ilə gəliblər. Özçivit gecikmələrinin səbəbini zarafatla izah edib:
"İki dəfə yolda qaldıq, Murad avtomobili itələmək məcburiyyətində qaldı".
Murad isə "Layihəyə məhz Burakla qardaşlığımıza görə daxil oldum" deyib.
Üçlü çox şən halda fotoqrafların qarşısına keçərək poz veriblər.