Rusiyalı müğənni Polina Qaqarina Maldiv adalarında istirahətini davam etdirir.
Axşam.az-ın Rusiya KİV-inə istinadən məlumatına görə, o, həyat yoldaşı Dmitri İshaqov və oğlu Andreylə birgə Moskvanın şaxtasından uzaqlaşaraq çimərlikdə dincəlir.
Ölkəsini "Eurovision"da ikinci edən Polina istirahətdən paylaşdığı fotolar arasında makiyajsız halını da izləyiciləri ilə bölüşüb. Onun təbii halı fanatları tərəfindən maraqla qarşılanıb.