Mətanətin oğlu aktyorluq edir - fotolar

Mətanətin oğlu aktyorluq edir -   fotolar
8669 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV-nin aparıcısı Mətanət Əliverdiyevanın oğlu Oqtay aktyorluq edir.

Axşam.az-ın məlumatına görə, o, yeni çəkilən “Pasport” adlı filmdə rol alıb. Şair-dramaturq Ramiz Abdullayevin eyniadlı pyesi əsasında çəkilən ekran işinin rejissoru Nail Naiboğludur. Komediya janrında olan film Qobu qəsəbəsində lentə alınır. Oqtay ilk dəfədir filmə çəkildiyini bildirib.

“Pasport” martda təqdim olunacaq.

Qeyd edək ki, ekran işində əməkdar artist Naibə Allahverdiyeva da rol alıb.