Yenidən qaralara büründü - fotolar

Yenidən qaralara büründü - fotolar
3080 dəfə oxunub
  • A-
  • A
  • A+
Stil ikonu Viktoriya Bekhem London küçələrində paparassilərin hədəfində olub.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, səhər yeməyi üçün otellərdən birinə yollanan 41 yaşlı dizayner yenidən sevimli qara rənginə qayıdıb. Başdan-ayağa qaraya bürünən Viktoriya qara gün eynəyindən istifadə edib. Şalvarı, bluzu və uzun paltosu eyni rəngdə olan V.Bekhem bir qədər əvvəl fərqli rəngdə olan geyimlərə üstünlük verməyə başlasa da, yenidən öz stilinə qayıdıb.

Qeyd edək ki, keçmiş futbolçu Devid Bekhemlə ailəli olan, 4 uşaq anası Viktoriya müsahibələrində dəfələrlə qara rəngi çox sevdiyini və aksesuar kimi eynəyi xoşladığını bildirib.