Azərbaycanda bu gün 20 Yanvar faciəsinin 26-cı ildönümüdür. Hər kəs kimi sənət aləminin tanınmış simaları da bu günü əks etdirən fotolar paylaşaraq, fikirlərini qeyd ediblər.
Axşam.az tanınmışların 20 Yanvar faciəsi ilə bağlı fikirlərini təqdim edir:
Əməkdar artist Röya Ayxan:
“20 Yanvar – unutmadıq. Qanımız və canımız getdi. Xalqımın yaşadığı ən ağır faciələrdən biri anılır bu gün. Allah şəhidlərimizə rəhmət eləsin”.
Əməkdar artist Səlim Abbasov:
“Bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 26-cı ildönümüdür. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Əməkdar incəsənət xadimi Məlahət Abbasova:
“Sözün bitdiyi gün. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin”.
Prodüser Tolik:
“Allah şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun”.
Müğənni Kərim Abbasov:
“Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin. İlahi Amin”.
Müğənni Xatun Əliyeva:
“Düşmənlərimiz gəbərsin, şəhidlərimizin ruhu şad olsun”.
Müğənni Vasif Məhərrəmli:
“Bu yara qaysaqlayar, amma heç vaxt sağalmaz. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Meyxanaçı Namiq Qaraçuxurlu:
“Unutmarıq, unutmadıq. Allah şəhidlərimizə rəhmət eləsin”.
Müğənni Nadir Qafarzadə:
“Allah şəhidlərimizə rəhmət eləsin. Heç kəs unudulmur, heç nə yaddan çıxmır”.