Müğənni Selin Dion ərinin ölümündən sonra ilk dəfə paparassilərin hədəfinə düşüb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 47 yaşlı kanadalı müğənninin qara geyimi, yorğun siması və şişmiş gözləri fotoqrafların diqqqətindən yayınmayıb.
Las Veqas hava limanında uşaqlarıyla görünən müğənnini dostları qarşılayıb.
Qeyd edək ki, S.Dionun 21 il evli olduğu Renedən 3 övladı var. Rene bir neçə gün əvvəl xərçəng xəstəliyindən dünyasını dəyişib. Hadisədən 3 gün sonra eyni xəstəlikdən Selinin qardaşı Deniel də vəfat edib.