"80 yaşımda da belə geyinəcəyəm" - fotolar

"80 yaşımda da belə geyinəcəyəm" - fotolar
4543 dəfə oxunub
  • A-
  • A
  • A+

46 yaşlı aktrisa Cennifer Eniston ideal bədən formasını qocalanda da qorumaq fikrində olduğunu deyib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, bu barədə "People" jurnalına müsahibəsində bildirib:

"Mən 80 yaşımda da bikini geyinəcəyəm. Məncə, biz özümüzü yaşa görə göstərməməliyik, istədiyimizi geyinməliyik".

Cennifer formada qalmaq üçün müntəzəm olaraq idmanla məşğul olur, düzgün qidalanır:

"Sağlam qida və fiziki yüklənmələr uzun illərdir ki, həyatımın bir parçasıdır".