Arzu Əliyevanın ad günüdür

Arzu Əliyevanın ad günüdür
6773 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün Prezident İlham Əliyevin kiçik qızı Arzu Əliyevanın doğum günüdür.
 
Axşam.az-ın məlumatına görə, Arzu Əliyeva 1989-ci ildə Bakı şəhərində anadan olub. Bakıda 160 saylı məktəbdə orta təhsil, İsveçrədə və Böyük Britaniyada ali təsil alıb.

Arzu Əliyeva 2008-ci ildə Azərbaycandan olan reklam video klipində çəkilib. Bu video klip CNN və Euronews kanallarında nümayiş olunub. 2011-ci il sentyabrın 3-də Rusiyada nüfuzlu azərbaycanlı iş adamı Aydın Qurbanovun oğlu Səməd Qurbanovla ailə qurub. Aydın adlı bir oğlu var.
 
2015-ci il mayın 9-da Arzu Əliyevanın filmi "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu" sənədli filminin təqdimat mərasimi keçirilib. 2015-ci il 8 oktyabr tarixində Arzu Əliyevanın sənədli filminin Azərbaycanın Braziliyadakı səfirliyində təqdimatı keçirilib.