“İlin fotoqrafı 2015” baş tutdu - fotolar

“İlin fotoqrafı 2015” baş tutdu -  fotolar
1914 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Fotoqraflar Birliyinin (AFB) “İlin fotoqrafı 2015” tədbiri keçirilib.

Axşam.az-ın məlumatına görə, Beynəlxalq Muğam Mərkəzində baş tutan tədbirdə fotoqraflar 2015-ci ildə qazandıqları uğur və nailiyyətlərinə görə AFB tərəfindən mükafatlandırılıblar.

Mərasimdən əvvəl qonaqlar bu günlərdə 85 yaşını qeyd edəcək rəssam-heykəltəraş Albert Mustafayevin “Azərbaycanın korifey sənətkarlarının portretləri” və fotoqraf Rüfət Abbasın “Küçə fotoları” sərgiləri ilə tanış olublar.

Tədbirdə AFB-nin ötən il ərzində keçirdiyi və iştirakçısı olduğu tədbirlərə və digər önəmli hadisələrə nəzər yetirilib.

Sonra ilin yekunlarına görə mükafatlar təqdim edilib.

Foto: Ramin ASLANOV