Bakıdan Hande Yenerə oğurluq ittihamı - fotolar

Bakıdan Hande Yenerə oğurluq ittihamı - fotolar
4367 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Lətifə Soyuöz yeni fotosessiyasını təqdim edib.

Axşam.az-ın məlumatına görə, sənətçi şəkillərin “Falan filan” klipinin çəkilişləri zamanı lentə alındığını bildirib.

L.Soyuöz geyimlərinin modelyer Renat Ramazanlıya aid olduğunu deyib.

Müğənni “Falan filan” klipinin türkiyəli müğənni Hande Yenerin “Sebastian” adlı ekran işinə bənzədilməsinə də cavab verib:

“Hande Yenerin klipi də oğurluqdur. Mənim klipim onunkundan daha uğurlu və dəbdəbəlidir”.