Müğənni Sevda Yahyayeva şəhər restoranlarından birində konsert verib.
Axşam.az-ın məlumatına görə, sənətçi gecədə 20 mahnı səsləndirib. Aparıcılığını və təşkilatçılığını Aynur Hacıyevanın etdiyi gecədə S.Yahyayeva səhnəni əməkdar artist Teymur Əmrah və Zamiq Hüseynovla bölüşüb. Sevda T.Əmrahla duet də səsləndirib.
Qırmızı libası ilə diqqət çəkən müğənninin stili üzərində Elnur Həsənov çalışıb.