Nazirlik YUĞ Teatrı haqda qərar verdi

Nazirlik YUĞ Teatrı haqda qərar verdi
670 dəfə oxunub
  • A-
  • A
  • A+
Bakıda aparılan abadlıq işləri ilə əlaqədar yerləşdiyi binanın sökülməsinə qərar verilən “YUĞ” Dövlət Teatrı yaxın günlərdə Dövlət Kukla Teatrının binasına köçürüləcək.

Mədəniyyət və Turizm Nazirliyinin İnformaiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Axşam.az-a verilən məlumata görə, “YUĞ” Teatrı fevralın 1-dən yaradıcılıq fəaliyyətini Dövlət Kukla Teatrında davam etdirəcək.

Nazirlikdən bildirilib ki, Bakı şəhərinin baş planına uyğun olaraq, Yasamal rayonu ərazisində söküntü, abadlıq işləri həyata keçirilir: "Aparılan yenidənqurma işlərinin planına uyğun olaraq, həmin ərazidə yerləşən Azərbaycan Dövlət “Yuğ” teatrının (M.Muxtarov küçəsi, 83) binasının da sökülməsi nəzərdə tutulub.

Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev “YUĞ” Teatrının Dövlət Kukla Teatrının binasına köçürülməsi haqda əmir imzalayıb".