Prodüser Təranə Səmədova ikinci dəfə ailə qurmaq istəyindən danışıb.
Axşam.az-ın məlumatına görə, o, qızı Suelin bunu çox istədiyini bildirib:
“İndi subay qızlarımız ailə qurmaq üçün elə əziyyətlər çəkirlər ki... Bunları görə-görə durub mənim ailə qurmaq sevdasında olmağım bir az gülməli görünə bilər. Amma qızım Suel bunu çox istəyir. Hansı qadın sağlam bir ailəsinin olmasını istəməz ki? Qismətimdə varsa, məni olduğum kimi qəbul edən bir insan olsa, ailə quraram. Onu da deyim ki, qadağalar qoyacaqsa, məni hər şeydən təcrid edəcəksə, o ailə mənə lazım deyil. 31 yaşıma kimi hər şeyimi özüm etmişəm. Suel qardaş istəyir. Həmişə deyir ki, “Mən özüm ona baxaram”. Ailə qursam, Suel nənəsi ilə qalacaq”.
Qeyd edək ki, T.Səmədova bir dəfə müğənni Kərim Abbasovla ailəli olub.
Foto: Ramin ASLANOV