"Dedilər ki, üzr istə, sənin üçün hər şəraiti yaradaq" - Səidə
Ölkə
15:34 / 27.01.16
6355dəfə oxunub
A-
A
A+
“Açıqsözlüyüm məni həmişə pis edib. Heç kimə qarşı haqsızlıq, tərbiyəsizlik etməmişəm. Dediyim sözün arxasındayam. Heç kimdən də üzr istəməyəcəm”.
Bu sözləri Axşam.az-a açıqlamasında müğənni Səidə Sultan deyib. O, telekanallarda ona qoyulan qadağalardan danışıb:
“Dediyim sözlərə görə, məni telekanallarda vururlar və bəzi yerlərdən uzaqlaşdırırlar. Buna baxmayaraq mən həmişə güləcəm. Bir telekanalın əməkdaşı mənə dedi ki, “Çıx efirdə bizdən üzr istə, sənin üçün hər bir şərait yaradaq”. Ölərəm üzr istəmərəm. Niyə üzr istəyim ki? Dövlətimə qarşı əyri iş görmüşəm? Etsəm, insanları vursam, bu addımı ataram. İstəyirlər məni çəksinlər, istəmirlər çəkməsinlər. Heç vecimədə deyil”.