"Bozbash pictures" komandasından yeni fotolar+video

"Bozbash pictures" komandasından yeni  fotolar+video
2114 dəfə oxunub
  • A-
  • A
  • A+
“Bozbash pictures” komandasının ərsəyə gətirdiyi “Axırıncı yol” filminin ilk video çarxı yayılıb.

Axşam.az-ın məlumatına görə, aparıcı-aktyor İlkin Həsəni filmin martın 1-dən kinoteatrlarda nümayiş olunacağını bildirib.

O, ekran işinin internetdə yerləşdirilməyəcəyini, yalnız kinoteatrda nümayiş olunacağını deyib.

Qeyd edək ki, “Axırıncı yol”da aktyorlar Elşən Orucov, İlkin Həsəni, Ramil Babayev, Azər Baxşəliyev, Nicat Rəhimov, İlkin Misgərli rol alıb.

Foto: Ramin ASLANOV