"Deyirlər ki, devalvasiyadır, sən gəzirsən" - Vasif

"Deyirlər ki, devalvasiyadır, sən gəzirsən" -  Vasif
5301 dəfə oxunub
  • A-
  • A
  • A+
Barselona səfərindən qayıdan müğənni Vasif Məhərrəmli onu qınayanlara cavab verib.

Axşam.az-ın məlumatına görə, sənətçi “5/5” verilişində qızı Əfşanın istəyi ilə Barselonaya getdiyini bildirib:

“Hamı yazır ki, “Devalvasiyadır, sən gəzirsən. Bu vaxt nə gəzmək?”.  Dostlar toy olmamasından şikayətlənirlər. Amma Allaha şükür, hər şey gözəldir. 8 gün Barselonada qaldım. Biletlərimi oktyabrdan almışdım. Getməsəm pulum da, biletim də batacaqdı. Bir də qızıma söz vermişdim ki, onu Barselonaya aparacam. O da mənim kimi oranın vurğunudur”.