Müğənni Beyonsun ikinci dəfə ana olacağı xəbərləri yenidən gündəmə gəlib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Los-Ancelesdə klip çəkilişində olan ifaçı geyimi ilə kökəlməsini gizlətməyə çalışıb. Eyni zamanda təhlükəli səhnələrin heç birində iştirak etməyən Beyonsu dublyoru əvəz edib.
Medianın fikrincə, o, hamiləliyini təhlükəyə atmamaq üçün bu üsulu seçib.
Qeyd edək ki, repçi Cey Zi ilə evli olan Beyonsun bu evlilikdən Blu Ayvi adlı qızı var.